Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
AZ|EN
Ana səhifəXəbərlərŞura haqqındaRəsmi sənədlərQanunvericilikMüsabiqələrTədbirlərFotoqalereyaVideoqalereya

Konfranslar

“QHT-lər (İctimai birliklər və fondlar) haqqında” QANUNUNA ƏLAVƏ və DƏYİŞİKLİKLƏR LAYİHƏSİ (Yeni variantda) Milli Məclis tərəfindən qəbul edildi İyunun 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dəstəyini qazanaraq, plenar iclasa tövsiyə olunan layihənin ilkin variantında 18 maddənin dəyişməsi nəzərdə tutulurdu. Ən prinsipial və vətəndaş cəmiyyəti təsisatlarının etirazını doğuran yeniliklərdən biri 6-cı maddəyə belə bir əlavənin olunması idi: “Qeyri-hökumət təşkilatının ümumazərbaycan hesab edilməsi üçün təşkilat Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin azı 1/3-ni əhatə edən filial və nümayəndəliklərə malik olmalıdır”.
Ölkədə Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramına QHT dəstəyi Şura bu mövzuda konfrans keçirdi Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramından irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirdi.
Şuranın Apelyasiya Komissiyası QHT-lərin şikayətini araşdırıb qurtardıAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının növbəti iclası keçirildi. Şura üzvləri Sahib Məmmədov (komissiyanın sədri), Vüqar Qədirli, Dilarə Vəliyeva, Ceyhun Osmanlı və Katibliyin hüquqşünası Vüsal Quliyevdən ibarət Apelyasiya Komissiyası Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan sonuncu 12 QHT-nin şikayət ərizəsini araşdırdı.
Şuranın Apelyasiya Komissiyası QHT-lərin şikayətinə baxmağı davam etdirdi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının növbəti iclası keçirildi. Şura üzvləri Sahib Məmmədov (komissiyanın sədri), Vüqar Qədirli, Dilarə Vəliyeva, Ceyhun Osmanlı və Katibliyin hüquqşünası Vüsal Quliyevdən ibarət Apelyasiya Komissiyası Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan daha 17 QHT-nin şikayət ərizəsini araşdırdı.
Şurada media nümayəndələrinin iştirakı ilə QHT-lərin şikayətinə baxıldı Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirildi. 4 Şura üzvü - Sahib Məmmədov (komissiyanın sədri), Vüqar Qədirli, Dilarə Vəliyeva, Ceyhun Osmanlı (iştirak etmirdi) və Katibliyin hüquqşünası Vüsal Quliyevdən ibarət Komissiya Katibliyin icraçı direktoru Fərasət Qurbanovun, Katibliyin baş mühasibi Tofiq Həsənovun və ekspert Aydın Kərimovun, eləcə də tədbirə dəvət edilmiş bir sıra mətbuat nümayəndələrinin iştirakı ilə maliyyə müsabiqəsinin nəticələrilə razılaşmayan 8 QHT-nin şikayət ərizəsini araşdırdı.
Narazı "qrant QHT-lərindən" Apelyasiya Komissiyasına hələ rəsmi şikayət daxil olmayıb. Komissiyanın rəhbəri isə araşdırmalara hazır olduqlarını deyir. Narazılar: "Müraciət etmək məsələsinə dair hələ qərar verməmişik" Sahib Məmmədov: "Niyə filankəsə ver Ötən həftənin cümə günü Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının elan etdiyi ikinci qrant müsabiqəsinin nəticələri açıqlandı. Bundan sonra ictimai sektorun təmsilçiləri, həmin nəticələrdən asılı olaraq, Şuranın fəaliyyətini qiymətləndirməyə başladılar.
Şuranın növbəti iclası keçirildi4 fevral 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti 19 saylı iclası keçirildi. Şuranın sədri Azay Quliyev gündəlikdə duran məsələləri élan edərək, müzakirələrin və qəbul ediləcək qərarların Şuranın fəaliyyəti üçün vacib əhəmiyyət daşıdığını bildirdi.
Şurada BMT Bakı Ofisinin rəhbəri Bruno Pueza ilə görüş oldu4 fevral 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ofisində Şura sədri Azay Quliyev BMT-nin Bakı Ofisinin rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Bruno Pueza və BMT İnkişaf Proqramı rezident nümayəndəsinin müavini Noura Hamlaci ilə görüşdü.
Şura maliyyə yardımı müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirdiAzərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə dair mətbuat konfransı keçirdi.

Fotoqalereya

26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hilton hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib.Şura Katibliyinin toplantısında 2014-cü ilin dördüncü rübünə yekun vurulub

Videoqalereya

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniya kanalında I Avropa Oyunları haqqında reportaj yayımlanıb."Şuşaya Azadlıq" kampaniyası çərçivəsində "Şuşaya azadlıq 22 dildə"

NƏŞRLƏR

Qhtxeber.az
e-qht.az
virtualkarabakh.az
ƏHƏMİYYƏTLİ SAYTLAR