Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
AZ|EN
Ana səhifəXəbərlərŞura haqqındaRəsmi sənədlərQanunvericilikMüsabiqələrTədbirlərFotoqalereyaVideoqalereya

Xəbərlər

Şuranın iclasında 2017-ci il üçün qrant müsabiqəsinin şərt və qaydaları müzakirə edilib
31 oktyabr, 2016

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2016-cı ilin III rübü üzrə fəaliyyəti barədə hesabat və 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq qurumun 2016-cı ilin III rübü üzrə fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Şura üzvləri rüblük və illik hesabatlara Şuranın beynəlxlaq toplantılarda iştirakını maliyyələşdirdiyi QHT rəhbərlərinin səfərləri, layihəsinin icrası monitorinq olunan QHT-lərin sayı, vəziyyəti və aşkarlanan problemlər haqqında məlumatların da əlavə edilməsini təklif ediblər.

İcraçı direktor Şuranın 2017-ci il qrant müsabiqəsi üçün nəzərdə tutulan qayda və şərtlər, onlara təklif olunan əlavələr  haqqında məlumat verib. Müzakirələr zamanı müsabiqələrdə QHT-lərlə bağlı tələb olunan zəruri sənədlərin onların özlərindən deyil, gələcəkdə qurulucaq vahid elektron bazanın vasitəsi ilə əldə olunmasının daha səmərəli olduğu vurğulanıb. Həmçinin layihənin mətnində təşkilatın adının yazılmasının qadağan edilməsi, layihənin qiymətləndirilməsi zamanı Şuraya təklif olunan mövzu ilə təşkilatın məqsədləri, əsas fəaliyyət missiyası arasında uyğunluğa üstünlük verilməsinin vacibliyi qeyd olunub.

İclasda Şura üzvlərinin seçildikləri bölmələr üzrə QHT-lərlə görüşlər keçirərək, onlarla fəal müzakirələr aparması, eyni zamanda qurumun üzvlərinin dövlətçilik, milli maraqlarımızla bağlı məsələlərdə QHT-lərin səfərbər edilməsi, onların potensialından səmərəli istifadə olunması istiqamətində diqqətlərini artırmalarının zəruri olduğu bildirilib.

Müzakirələrdən sonra iclasın gündəliyində olan bütün məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

printerçap versiyası


Fotoqalereya

26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hilton hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib.Şura Katibliyinin toplantısında 2014-cü ilin dördüncü rübünə yekun vurulub

Videoqalereya

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniya kanalında I Avropa Oyunları haqqında reportaj yayımlanıb."Şuşaya Azadlıq" kampaniyası çərçivəsində "Şuşaya azadlıq 22 dildə"

NƏŞRLƏR

Qhtxeber.az
e-qht.az
virtualkarabakh.az
ƏHƏMİYYƏTLİ SAYTLAR