Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
AZ|EN
Ana səhifəXəbərlərŞura haqqındaRəsmi sənədlərQanunvericilikMüsabiqələrTədbirlərFotoqalereyaVideoqalereya

Xəbərlər

Şura Quba və Qəbələdə konfrans keçirib
28 oktyabr, 2016

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Quba və Qəbələ şəhərlərində QHT rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasına uyğun olaraq dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT layihələrinin hazırlanmasına həsr olunmuş konfranslar keçirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov dövlətlə QHT-lər arasında mövcud olan əməkdaşlıq münasibətləri, dövlətin QHT sektoruna göstərdiyi dəstəyin əsas istiqamətləri və Şuranın bu istiqamətdə həyata keçirdiyi işlər haqqında ətraflı məruzə ilə çıxış edib. İcraçı direktor yeni dövrün çağırışlarına uyğun olaraq QHT-lərin ictimai sahədəki problemlər, onların alternativ həlli yolları və bununla bağlı QHT layihələrinin hazırlanması haqqında fikirlərini bildirib.

Konfranslar QHT nümayəndələrinin suallarının cavablandırılması ilə davam etdirilib.

printerçap versiyası


Fotoqalereya

26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hilton hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib.Şura Katibliyinin toplantısında 2014-cü ilin dördüncü rübünə yekun vurulub

Videoqalereya

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniya kanalında I Avropa Oyunları haqqında reportaj yayımlanıb."Şuşaya Azadlıq" kampaniyası çərçivəsində "Şuşaya azadlıq 22 dildə"

NƏŞRLƏR

Qhtxeber.az
e-qht.az
virtualkarabakh.az
ƏHƏMİYYƏTLİ SAYTLAR