Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
AZ|EN
Ana səhifəXəbərlərŞura haqqındaRəsmi sənədlərQanunvericilikMüsabiqələrTədbirlərFotoqalereyaVideoqalereya

Xəbərlər

Şura Katibliyinin 2016-cı ilin III rübündəki fəaliyyəti müzakirə edilib
24 oktyabr, 2016

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2016-cı ilin üçüncü rübündəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında  fikirlərini bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Katibliyin 2016-cı ilin üçüncü rübündəki fəaliyyəti ilə bağlı ətraflı məruzə ilə çıxış edib.

F.Qurbanov ötən rüb ərzində Şuranın elektron resurslarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Şuranın csssn.gov.az, qhtxeber.az və e-qht.az saytları yenidən qurulub. Bu resurslar eyni zamanda elektron xidmət portalına inteqrə olunub. Yaxın vaxtlarda saytların QHT-lər üçün təqdimatının keçirilməsi planlaşdırılır.

İcraçı direktor qeyd edib ki, hazırda layihələrin ekspertizası zamanı hər hansı subyektiv yanaşma ehtimallarını tamamilə aradan qaldırmaq üçün qiymətləndirilmə modulları hazırlanır. 2016-cı ilin üçüncü rübü ərzində Şuranın çap və elektron media orqanları – qhtxeber.az saytı və “Vətəndaş cəmiyyəti” jurnalı QHT-lərə informasiya dəstəyini davam etdirib.

F. Qurbanov 2016-cı ilin üçüncü rübündə keçirilən tədbirlər haqqında da məlumat verib.

Müşavirədə Şuranın baş mühasibinin, beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza, layihələrin icrasına nəzarət və proqram, mətbuat və ictimaiyyətlə əlaqələr bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib. Eyni zamanda müşavirədə QHT-lərin qrant müqavilələrinin müddəalarına əməletmə vəziyyəti,  layihələrin səmərəliliyinin artırılması yolları  və digər vacib məsələlərə toxunulub.

Müşavirədə qərara alınıb ki, noyabr ayında beynəlxalq təşkilatların və QHT-lərin iştirakı ilə növbəti qrant müsabiqəsinin mövzularının geniş müzakirəsi keçirilsin.

Şura sədri Azay Quliyev 2016-cı ilin qrant müsabiqələrinin nəticələri, həmçinin digər dövlət qurumları ilə elektron xidmət fəaliyyətinin uzlaşdırılması, Şuranın struktur bölmələrinin işinin intensivliyinin və səmərəliliyinin  artırılması istiqamətində konkret tapşırıqlar verib.

 

printerçap versiyası


Fotoqalereya

26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Hilton hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib.Şura Katibliyinin toplantısında 2014-cü ilin dördüncü rübünə yekun vurulub

Videoqalereya

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniya kanalında I Avropa Oyunları haqqında reportaj yayımlanıb."Şuşaya Azadlıq" kampaniyası çərçivəsində "Şuşaya azadlıq 22 dildə"

NƏŞRLƏR

Qhtxeber.az
e-qht.az
virtualkarabakh.az
ƏHƏMİYYƏTLİ SAYTLAR