Şura “Ağdam. 5 fraqment” filminin təqdimat mərasimini keçirəcək

5 fraqment” adlı filmin təqdimat mərasimi keçiriləcək. Mərasimdə filmin yaradıcı heyəti, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri və QHT rəhbərləri iştirak edəcək.

Qeyd edək ki, adıçəkilən film 11 fevral 2016-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilmiş və yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Təqdimat mərasimi 21 aprel 2016-cıl il, saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Ünvan: Bülbül prospekti 20.



26.04.2016 | 10:55