QHT-lər 16 martadək Şuranın Apelyasiya komissiyasına müraciət edə bilərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birinci qrant müsabiqəsinin nəticələrindən narazı qalan QHT-lər bu gündən etibarən 16 mart, saat 18:00-dək Şuranın Apelyasiya Komissiyasına elektron (http://qht.e-qht.az:1080/) müraciət edə bilərlər.
Müraciətin göndərilməsi üçün aşağıdakı ardıcıllıqdan istifadə edə bilərsiniz:
E-ərizədə qeydiyyatdan keçilən VÖEN və şifrə ilə “Apellyasiya” bölməsinə daxil olunur.
Açılan səhifədə “Yeni Apellyasiya” düyməsi vurulur.
Açılan pəncərədə “Apellyasiya müraciətinin növü”, “Müraciət edilən Müsabiqə”, “Müraciət edilən layihə” seçimləri edilir.
“Əlaqə telefonu” və “Elektron poçt ünvanı” tam deyilsə redaktə edilir. “Apellyasiya müraciətinin məzmunu” hissəsinə isə müraciətin məzmunu yazılır.
Tamamladıqdan sonra “Şuraya göndər” düyməsi sıxılır.
 



06.03.2018 | 17:00