Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci il üzrə QHT-lər üçün qrant müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2011-ci il üçün 

 

QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə

 ELAN EDİR

 

            Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

 

            Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:

 

N

Müsabiqənin istiqamətləri

1 layihənin maksimum məbləği

Müsabiqənin ümumi fondu

1

İnsan hüquqları və demokratiya

     10.000,0   

           90.000,0   

2

Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində təşəbbüslər

     10.000,0   

           90.000,0   

3

Təhsil məsələlərinə dair təşəbbüslər 

     15.000,0   

          120.000,0   

4

Mədəniyyətə dair təşəbbüslər

     10.000,0   

           80.000,0   

5

Səhiyyə məsələlərinə dair təşəbbüslər

     10.000,0   

           80.000,0   

6

Ətraf mühitin mühafizəsinə dair təşəbbüslər

     10.000,0   

           90.000,0   

7

Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi

     14.000,0   

          250.000,0   

8

Sosial məsələlərə dair təşəbbüslər

     15.000,0   

          200.000,0   

 

CƏMİ

 

     1.000.000,0   

 

Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:

·         Siyasi fəaliyyət

·         Dini fəaliyyət

·         Ayrı-ayrı fərdlərə maddi yardım

·         Təhsil üçün təqaüdlər

 

Ərizələr 06 dekabr 2010-cu il tarixdən həftənin  I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.

Ərizələrin qəbulu üçün son tarix:  30 dekabr 2010-cu il saat 16.00

 

Ünvan: AZ 1000, Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1.

Ərizə və ona əlavə olunan sənədlər yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) hazırlanmalı  və Şuranın Katibliyinə təqdim edilməlidir.

 

Əlavə 1: Ərizə forması

Əlavə 2: Layihə təklifi forması

Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat

 

Müsabiqənin nəticələri 2011-ci ilin martın 01-dən sonra elan olunacaq.

 

Qeyd: Ərizənin elektron formasını, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az www.qhtxeber.az internet saytlarından tanış olmaq olar.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinə müraciət etmək olar.  

Tel /faks: (012) 493 17 80, 493 17 32;

E-mail: vguliyev@cssn.gov.az



05.05.2011 | 12:14