Şurada Azay Quliyev və Robert Sekuta arasında görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Şura sədri, millət vəkili Azay Quliyev qonaqları salamlayaraq ABŞ ilə münasibətlərin Azərbaycan üçün daima prioritet istiqamətlərdən olduğunu  diqqətə çatdırıb.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın son illərdə əldə etdiyi  inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını  yüksək qiymətləndirdiyini bildirib.

Səfir QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı bəzi məqamlara dair suallarının olduğunu və bu istiqamətdəki ən son yeniliklər barədə məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş əlavə və dəyişiklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandırıb və qonaqları maraqlandıran digər suallara cavab verib.

Görüşünsonundatərəflərqarşılıqlımaraqdoğuranməsələlərətrafındamüzakirələrindavametdirilməsininölkələrimizarasındakıdostluqmünasibətlərinindahadayaxşılaşmasıbaxımındanvacibolduğunubildiriblər. 



11.08.2015 | 20:18