Şuranın təşkilatçılığı ilə dövlət rəsmilərinin, 40-dan çox xarici QHT-nin iştirakı ilə keçirilən Beynəlxalq Konfrans öz işinə başlayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.Prezident  Adminstrasiyanın nümayəndələrinin, 40-dan çox xarici QHT-ni təmsil edən xarici qonaqların, səfirlərin, Milli Məclis üzvlərinin, dövlət qurumlarının təmsilçilərinin, habelə yerli QHT və media mənsublarının qatıldığı konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev toplantının keçirilməsinin əsas məqsədinin Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsi olduğunu deyib: “Konfransın məqsədlərindən biri də dünyanın üzləşdiyi təhdidlər, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsi aparmaq, eyni zamanda mövcud problemlərdən çıxış yolları axtarmaqdır. Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməyə qərarlıdır. Şuranın beynəlxalq əməkdaşlığa verdiyi önəmin əhəmiyyətini bir daha vurğulayaraq Azərbaycanın bu kimi tədbirlərin keçirilməsində maraqlı olduğunu bildirirəm”.Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxışında ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Qərblə əməkdaşlıqda qazandığı uğurlardan danışıb və münasibətlərin daha da dərinləşməsində QHT-lərin fəal iştirakının vacibliyini vurğulayıb.Novruz Məmmədov ötən əsrin 50-ci ilərinən başlayaraq sürətlə inkişaf etməyə başlayan QHT-lərin artıq beynəlxalq münasibətlərin mühüm iştirakçısına çevrildiyini deyib.Prezident Administrasiyası rəhbərinin müavini Azərbaycanın postsovet məkanında beynəxalq aləmə inteqrasiyada böyük uğurlar qazanan ölkələr sırasında olduğunu bildirib: “Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə Qərblə mühüm əməkdaşlıq münasibətlərinə malikdir. Bu gün �fqanıstana daşınan yüklərin 40 faizi Azərbaycan üzərindən həyata keçirilir. Biz həm siyasi, həm iqtisadi, həm mədəni sahədə Qərblə uğurla əməkdaşlıq edən ölkələrdənik”.Novruz Məmmədov çıxışında dünyada mövcud olan ikili standartlar məsələsinə də toxunub: “Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi. Xatırladım ki, bir ay əvvəl Rusiya Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirirdi. Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı?”Milli Məclis sədrinin müavini Bahar Muradova keçirilən konfransın vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan dövlətinin siyasi iradəsinin göstəricilərindən biri olduğunu deyib və Şuranın nümunəvi fəaliyyətini qeyd edib. Bahar Muradova millət vəkili, Şura sədri Azay Quliyev tərəfindən hazırlanan “İctimai iştirakçılıq haqqında” qanunu mütərəqqi qanunverici aktlardan biri adlandırıb və onun vətəndaş cəmiyyəti ilə parlament arasında əlaqələri tənzimləyən mühüm sənəd olduğunu vurğulayıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bütün dinlərdə özünü göstərən dini radikalizmə qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə müxtəlif məsələlər ətrafında müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edib və iki qurumun birgə layihələr üzərində işləmək niyyətində olduğunu bildirib.Konfransda Şura üzvü, Vətəndaşların �mək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Azərbaycanda QHT-lərin inkişafı istiqamətində görülən işlərlə bağlı təqdimatla çıxış edib.Konfrans işini daha sonra Sülh və regional təhülkəsizlik məsələləri” və “Mədəniyyətlərarası dialoq və insan hüquqları”adlı panellərdə davam etdiribADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynov “Vətəndaş cəmiyyəti təşkilatları arasında gələcək əməkdaşlıq imkanları və yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib.Konfrans işini davam etdirir. Tədbirin ikinci günü konfrans iştirakçılarının hökumət, yerli QHT və media təmsilçiləri ilə görüşləri nəzərdə tutulub. 



20.11.2014 | 00:02