Azay Quliyev Alman Azərbaycan Forumunda görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Mili Məclisin üzvü Azay Quliyev bu gün Berlində Alman – Azərbaycan Forumunun sədri cənab Hans-Eberhard Şleyer və Forumun icraçı direktoru Dr. Mixail – Andreas Butsla görüşüb.Görüşdə Azərbaycanla bağlı həyata keçirilmiş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, habelə Forum və Şura arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir. Tərəflər iki ölkə arasında iqtisadiyyat, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi imkanları barədə söhbət açmışlar. Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair konfransların, simpoziumların və seminarların təşkili istiqamətində əməkdaşlıq etmək barədə razılıq əldə olunmuşdur.



21.02.2014 | 12:27