Şurada Türkiyə səfirliyinin ikinci katibi ilə görüş oldu
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Türkiyənin Azərbaycandakı Səfirliyinin ikinci katibi Ahmet Doğanla görüşdü. A.Doğan Şuranın fəaliyyəti və Türkiyə Sivil Toplum Quruluşları ilə Azərbaycan qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin vəziyyətilə maraqlandığını bildirdi.F.Qurbanov qonağa Şuranın fəaliyyəti haqqında məlumat verərək, iki qardaş dövlətin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin getdikcə genişləndiyini və bu sahədə Şura rəhbərliyi tərəfindən bir sıra konkret addımların atıldığını qeyd etdi. F.Qurbanov Türkiyə xeyriyyə vəqflərinin iş təcrübəsinin Azərbaycan qeyri-hökumət təşkilatları üçün ictimai fəaliyyət örnəyi olduğunu vurğuladı və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini bildirdi.


31.07.2012 | 17:40