Şurada Avropa Şurasının ekspertlərilə görüş oldu
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Şura üzvü Sahib Məmmədov Məşvərət Şurasının ekspertlərini ölkə QHT-lərinə dövlət dəstəyinin istiqamətləri haqqında, eləcə də milli azlıqların dilinin, mədəniyyətinin, adət və ənənələrinin qorunmasına və inkişafına vətəndaş cəmiyyəti institutlarının verdiyi töhfələr barədə məlumatlandırdılar.Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hər il elan etdiyi maliyyə yardımı müsabiqələrində milli azlıqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması və inkişaf etdirilməsilə bağlı layihələrə xüsusi diqqət yetirilir və QHT-lərin bu sahədə gördüyü işlər daim Şura rəhbərliyinin diqqət mərkəzində saxlanır.


10.07.2012 | 12:44