BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu il üzrə QHT-lər üçün qrant müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura� adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası�na uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük verəcəkdir:

SN

İstiqamətin  adı

Əhatə etdiyi mövzular

Ümumi fond (AZN)

1.   

İnsan hüquqları və demokratiya

o        İnsan hüquqları sahəsində maarifləndirmə;

o        İnsan hüquq və azadlıqlarının müdafiəsi;

o        Müharibədən zərər çəkmiş şəxslərin hüquqlarının beynəlxalq miqyasda    müdafiəsi;

o        Demokratik proseslərin dəstəklənməsi;

120.000

2.   

QHT-lərin institusional inkişafı

o        QHT idarəetməsinin təkmilləşdirilməsi, QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması;

o        QHT-lərə texniki dəstəyin verilməsi;

o        QHT-lərin informasiya təminatının yaxşılaşdırılması;

120.000

3.   

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğı və müdafiəsi

o        Beynəlxalq QHT-lərlə əməkdaşlıq;

o        Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

90.000

4.   

Ailə, qadın və uşaq problemlərinin həllinə dəstək 

o        Uşaq problemlərinin həllinə dəstək;

o        Ailə institutunun gücləndirilməsi;

o        Qadın problemlərinin həllinə dəstək;

120.000

5.   

Sosial problemlərin həllinə dəstək

o        Əhaliyə göstərilən sosial xidmətlərin yaxşılaşdırılması   sahəsində təşəbbüslərin dəstəklənməsi;

o        Sosial problemlərin müəyyənləşdirilməsi  və onun həlli yolları ilə əlaqədar təkliflərin hazırlanması;

120.000

6.   

Mədəniyyətin inkişafına dəstək

o        Milli mədəniyyət nümunələrinin təbliği və qorunması;

o        Milli-mənəvi dəyərlərin inkişafı və zənginləşdirilməsi;

o        Milli adət-ənənələrin saflaşmasına dəstək (xeyir və şər mərasimləri);

o        Tarix və mədəniyyət abidələrinin mühafizəsi;

o        Azərbaycanın dünya birliyinə inteqrasiyası;

90.000

7.   

Səhiyyənin inkişafı və  əhalinin sağlamlığının qorunması

o        Əhalinin tibbi maarifləndirilməsi;

o        Səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində təşəbbüslərin dəstəklənməsi;

90.000

8.   

Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə

o        Ekoloji tərbiyənin inkişafına dəstək;

o        Ətraf mühitin mühafizəsinə dəstək;

o        Təbii sərvətlərdən səmərəli istifadə;

o        Uşaqların ekoloji tərbiyəsi yönümündə  təşəbbüslərin dəstəklənməsi;

110.000

9.   

Gənclərin problemlərinin həllinə dəstək

o        Gənclərin vətənpərvərlik ruhunun  gücləndirilməsi;

90.000

10.            

Elm və təhsilin inkişafına dəstək

o        Təhsilin problemlərinə həsr olunmuş təşəbbüslərin dəstəklənməsi;

o        Elm və təhsilin inkişafı sahəsində tədbirlərin dəstəklənməsi;

100.000

11.            

Terrorizmə, narkomaniyaya, korrupsiyaya insan alverinə qarşı mübarizədə QHT-lərin rolunun artırılması

o        Korrupsiya insan alveri ilə mübarizə sahəsində maarifləndirmə;

o        Narkomaniya ilə mübarizəyə həsr olunmuş  tədbirlərin dəstəklənməsi;

100.000

12.            

Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi

 

o        Regionların sosial problemlərinin həllinə dəstək ;

o       Regionlarda vətəndaş cəmiyyəti institutlarının inkişafına dəstək;

o       Əhalinin maariflənməsinə və informasiya təminatına dəstək;

o       Regionların inkişafına yönəlik digər təşəbbüslərə dəstək;

240.000

13.            

Sahibkarlığın inkişafının dəstəklənməsi

o        Sahibkarlıq fəaliyyətinə dair hüquqi bazanın təkmilləşdirilməsi;

o        Sahibkarlıq mühitinin yaxşılaşdırılması sahəsində təşəbbüslərin dəstəklənməsi;

o        Sahibkarların üzləşdiyi problemlərin həllinə dəstək;

70.000

14.            

Qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin sosial problemlərinin həllinə kömək

o        Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində təşəbbüslərin dəstəklənməsi;

o        Əlil və veteranların sosial problemlərinin həllinə dəstək;

o        Şəhid ailələrinin sosial problemlərinin həlli  istiqamətində təşəbbüslərin dəstəklənməsi;

100.000

15.            

Sərbəst mövzu (il ərzində)

 

o        QHT-lərin beynəlxalq tədbirlərdə iştirakına dəstək;

o        QHT-lər tərəfindən irəli sürülən ictimai əhəmiyyətli ideya və təşəbbüslərin davamlı olaraq dəstəklənməsi;

o        Zəruri tədbir, konfrans və seminarların dəstəklənməsi;

o        Konsepsiya müddəalarından irəli gələn digər fəaliyyətlərin dəstəklənməsi;

400 000

Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:

        Siyasi fəaliyyət

        Dini fəaliyyət

        Ayrı-ayrı fərdlərə maddi yardım

        Təhsil üçün təqaüdlər

Hər layihə üçün  maksimum  məbləğ  20 000 (iyirmi min) manat müəyyən edilmişdir.

Ərizələr 15 yanvar 2009-cu il tarixdən həftənin  I-V  günlərində saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.

 Ərizələrin qəbulu üçün son tarix: 15 fevral 2009-cu il saat 16.00

 Ünvan: AZ 1065, Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, Caspian Plaza.

 Ərizə yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Şuranın Katibliyində qeydiyyatdan keçməlidir.

Əlavə 1: Ərizə forması

Əlavə 2: Layihə təklifi forması

XƏBƏRİ PAYLAŞ