BÖLMƏLƏR

“Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” kitabı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Təhsil Nazirliyinin dəstəyi ilə “Əlil uşaqların xü-

susi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə həyata keçirir.

AMEA-nın İnsan Hüquqları İnstitutunda layihə çərçivəsində “Əlilliyi olan uşaqların inklüziv və

fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimatı keçirilib.

Mərasimdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyev, Milli Məclisin sosial si-

yasət komitəsinin sədri Hadı Rəcəbli və başqaları çıxış ediblər. İctimai Birliyin sədri Tahir Xudiyev

bildirib ki, fiziki və mental cəhətdən məhdudiyyəti olan uşaqların təhsil hüquqlarının müdafiəsi

həm də insan hüquqlarının həyata keçirilməsi uğrunda aparılan qlobal mübarizənin tərkib his-

səsidir.


Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda 530

min əlil şəxs var ki, onlardan 63 mini məhz uşaqlardır. Komitə sədri qeyd edib ki, cəmiyyətin u-

ğuru əlilliyi olan insanların qayğı ilə əhatə olunması, onlara cəmiyyətdə hər bir şərait yaradılma-

sından ibarət olmalıdır. Bu gün ölkədə sosial xidmət haqqında qanun qəbul edilib, dövlət vəsaiti

qeyri-hökumət təşkilatlarına qrant şəklində verilir və nəticədə onlar tərəfindən əlillərə xidmətlər

göstərilir.


Hadı Rəcəbli təhlillərin Azərbaycanda əsasən 3 yaşa kimi uşaqların əlil olduğunu gös-

tərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət qurumlarında ilə birgə bunun əsas səbəbləri

araşdırılır. Məlum olur ki, əsas səbəblərdən biri nikaha girənlərin sağlamlığı ilə bağlıdır. Bil-

dirildi ki, bu yöndə də mühüm addımlar atılır və iyunun 1-dən etibarın nikaha girənlərin sağ-

lamlığı haqda arayışlar tələb ediləcək. Məcburi dispanserizasiya haqda da qanun qəbul

edilib. Bu yöndə, genofondun, uşaqların sağlamlığının qorunması istiqamətində mühüm

işlər görülür.

XƏBƏRİ PAYLAŞ