BÖLMƏLƏR

QHT Şurası koronavirusla mübarizəyə dəstək oldu

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmək barədə qərar qəbul edib.

Bu barədə Şura sədri, deputat Azay Quliyev bildirib: "Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait/ianə köçürmək haqqında qərar qəbul edib. Bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıram".

XƏBƏRİ PAYLAŞ