BÖLMƏLƏR

Daxili İşlər Nazirliyində məlumatlandırma sessiyası təşkil olunub

28 Noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi haqqında QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edilib.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Anar Xəlilov, elektron xidmətlər və daxili nəzarətin bölməsinin əməkdaşı Elnur Bağırlı, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin məsul şəxsi İlkin Qurbanov və QHT nümayəndələri görüşdə iştirak edib.

QHT nümayəndələrinin sualları cavablandırılıb, qrant müsabiqəsinin prioritet sahələri barədə məlumatlar verilib.

Daxili İşlər Nazirliyində  məlumatlandırma sessiyası təşkil olunub

 

XƏBƏRİ PAYLAŞ