BÖLMƏLƏR

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi birgə qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.
Məlumatlandırma sessiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsinin 18 dövlət qurumu ilə birgə təşkil edilməsini innovativ təşəbbüs kimi qiymətləndirib. İcraçı direktor birgə müsabiqədə elan edilən mövzuların vətəndaş cəmiyyəti üçün aktual olmasını qeyd edib və Mərkəzin də bu layihələrin uğurla həyata keçirilməsində təşkilati dəstək göstərəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Elektron xidmətlər və daxili nəzarət bölməsinin məsləhətçisi Elnur Bağırlı Şuranın həyata keçirdiyi birgə qrant müsabiqələri haqqında ətraflı məlumat verib. E. Bağırlı bildirib ki, Şura 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri keçirir. Bu gün müzakirə edilən 4 mövzunu əhatə edən qrant müsabiqəsi də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə gerçəkləşdirilir. Bütün qrant müsabiqələri Şuranın Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçirilir.

Bildirilib ki, bu sistemi yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT–dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.
Tədbirin sonunda QHT rəhbərlərinin sualları cavablandırılıb.
 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub

 

XƏBƏRİ PAYLAŞ