BÖLMƏLƏR

Kənd Təsərrüfatı Nazirliyində məlumatlandırma sessiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı keçirdiyi qrant müsabiqəsi çərçəvisində məlumatlandırma sessiyası təşkil olunub.

İlham Quliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürür. Son dövrlərdə ölkədə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Nazir müavini əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi müxtəlif sahələr üzrə yaradılmış assosiasiyalarla mütəmadi görüşlər keçirir və ictimai birliklər tərəfindən qaldırılan məsələləri operativ həll edir.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, qarşıda duran tapşırıqları layiqincə yerinə yetirmək və dövlət dəstəyini yüksək səviyyədə təşkil etmək üçün bu il Şura tərəfindən müxtəlif dövlət qurumları ilə birgə qrant müsabiqəsinin keçirilməsi barədə qərar qəbul edilib.Şura birgə qrant müsabiqəsinin elan edilməsi ilə bağlı 20-dək dövlət qurumuna müraciət edib. Hazırda Şura 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqəsi keçirir. Ümumilikdə qeyri-hökumət təşkilatlarının 98 mövzu təqdim edilib. Ən çox müsabiqə mövzusu məhz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan olunan qrant müsabiqəsindədir. Belə ki, Nazirlik tərəfindən Şuraya kənd təsərrüfatı sahəsi ilə bağlı 17 mövzu təqdim edilib. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan etdiyimiz qrant müsabiqəsi üzrə 34 layihə və proqramın dəstəklənməsi nəzərdə tutulur. Bu layihə və proqramlar kənd təsərüfatının daha da inkişafına yönəlib.

Daha sonra birgə qrant müsabiqəsində müraciət qaydalarını özündə əks etdirən video çarx nümayiş etdirilib.

Qeyd edək ki, QHT-lərdən qrant müsabiqəsində iştirakla bağlı layihə müraciətləri dekabrın 16-dək qəbul ediləcək. QHT-lər tərəfindən təqdim olunan təkliflər 3 mərhələdə qiymətləndirildikdən sonra qalib layihələrin maliyyələşməsinə başlanılacaq.

 

Kənd Təsərrüfatı Nazirliyində məlumatlandırma sessiyası keçirilib Kənd Təsərrüfatı Nazirliyində məlumatlandırma sessiyası keçirilib

 

XƏBƏRİ PAYLAŞ