BÖLMƏLƏR

Mədəniyyət Nazirliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Mədəniyyət Nazirliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı birgə keçirdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.

Tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak edib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirliyin QHT-lərlə birgə həyata keçirdiyi tədbir və layihələrdən danışıb. Bu layihələrin mədəniyyət sahəsinin inkişafına verdiyi töhfələr baxımından əhəmiyyətini vurğulayıb. İ. Hümbətov Mədəniyyət Nazirliyinin QHT-lərlə əməkdaşlığa xüsusi önəm verdiyini və qanunvericiliyə uyğun olaraq il ərzində iki dəfə qrant müsabiqəsi elan etdiyini deyib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova bildirib ki, Şuranın Mədəniyyət Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi “Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər”, “Regionlarda mədəniyyətin inkişafına dair təşəbbüslər”, “Muzeylər, kitab işi və xalq yaradıcılığının inkişafına dair təşəbbüslər” adl; mövzuları əhatə edir.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli Şuranın həyata keçirdiyi birgə qrant müsabiqələri haqqında ətraflı məlumat verib. N. Rəhimli Şuranın 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri keçirdiyini deyib.
Şura təmsilçisi Mədəniyyət Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsinin QHT-lərə verdiyi yeni imkanlar barədə də danışıb. Şuranın elektron xidmətləri barədə də məlumat verən N. Rəhimli bütün qrant müsabiqələrinin canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcəyini vurğulayıb.

Tədbirdə SƏLİS Xidmətinə daxil olan e-Ərizə proqramından istifadə qaydalarına aid videoçarx nümayiş etdirilib.

Məlumatlandırma sessiyasının sonunda QHT-lərin sualları cavablandırılıb.

 

Mədəniyyət Nazirliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib Mədəniyyət Nazirliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib Mədəniyyət Nazirliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib Mədəniyyət Nazirliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib Mədəniyyət Nazirliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

 

XƏBƏRİ PAYLAŞ