BÖLMƏLƏR

SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni brendi olan “SƏLİS xidmət”inin e-vətəndaş proqramının növbəti təqdimatı Binəqədi rayon ictimaiyyəti üçün keçirilib. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu tədbirin Binəqədidə təşkil edildiyi üçün təşəkkürünü bildirib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaratdığı və dünyada bənzəri olmayan “ASAN xidmət” və onun fəaliyyəti bizim hamımız üçün ən mükəmməl nümunə və qürur mənbəyidir. Biz dövlət başçısının elektron hökumətə keçidlə bağlı tapşırıqlarını icra etmək,  Şuranın göstərdiyi  xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq, şəffaflığı və aşkarlığı maksimum həddə çatdırmaq,  çevik və effektli idarəetmə sistemini tətbiq etmək, ASAN-ın müəyyən etdiyi yüksək standartlara cavab vermək məqsədilə 20 elektron xidməti özündə birləşdirən SƏLİS-i yaratdıq.  “Gələn rəylər deməyə əsas verir ki, SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir. Müqavilə imzalama prosesi çox rahat istifadəyə gətirilib, sadələşdirilib.

Şura sədrinin sözlərinə görə, layihələrin digər komponentləri də elektronlaşdırılıb. Nəzarət, monitorinq, apelyasiya, hesabat, layihələrin qəbulu və  idarəedilməsi və demək olar ki, bütün fəaliyyət elektronlaşıb. Qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqda bildirişin əldə olunması da elektronlaşıb və beləliklə, QHT-lər Şuraya gəlmədən bildirişləri elektron qaydada əldə edirlər.

QHT sədri Billurə Məmmədova çıxışında “SƏLİS xidmət”dən yararlanması haqda bildirib ki, az müddətdə növbəyə dayanıb, çox qısa müddətdə müqaviləni imzalayıb və bildirişi elektron qaydada əldə edib. QHT-lər üçün “SƏLİS xidmət” unikal imkandır. 

Sonra “SƏLİS xidmət”ə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümayiş olunub. Videoçarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib.

Sonda Binəqədi sakinlərini maraqlandıran suallar cavablandırılıb.

SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir

 

XƏBƏRİ PAYLAŞ