BÖLMƏLƏR

Şura SƏLİS-in ilk xidmətini, E-növbəni təqdim edir

Bildiyiniz kimi Şura QHT-lərə göstərdiyi elektron xidmətlərin sayını və keyfiyyətini artırmaq, fəaliyyətində şəffaflığı, aşkarlığı, əlçatanlığı və ən vacibi isə QHT-lərin məmnunluğunu maksimum dərəcədə təmin etmək məqsədilə bu il 13 yeni elektron xidməti tətbiq edəcək. 
Şura bu proqramlar arasında sürətli əlaqələndirməni həyata keçirmək və bütün elektron xidmətləri (toplam 20 elektron xidmət) vahid bazada cəmləşdirmək üçün SƏLIS - Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemini yaradıb.

Şuranın yeni brendi sayılan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi QHT-lər, o cümlədən vətəndaşlar üçün yeni imkanlar yaradacaq və bu Sistem vasitəsilə hər kəs Şuranın elektron xidmətlərindən rahat və sürətli şəkildə istifadə edə biləcək.
Bu gündən etibarən Şura SƏLİS-in ilk xidmətini, elektron növbəni (E-növbəni) istifadəyə verir

QHT-lər Şuranın hazırladığı video təlimatı (youtu.be/XZEUv5BkC5A) izləməklə “E-növbə” xidmətindən daha asan və rahat şəkildə istifadə edə bilərlər.

Elektron xidmətdən istifadə zamanı hər hansı çətinliklə üzləşənlər Şuranın qaynar xəttinə (1672) və ya Katibliyin əməkdaşları Tural Hüseynli və Elnur Bağırova müraciət edə bilərlər.

 

XƏBƏRİ PAYLAŞ