BÖLMƏLƏR

Şurada xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında paytaxt və regionlarda fəaliyyət göstərən 30-a yaxın aktiv QHT rəhbərinin diaspor üzvləri ilə virtual görüşü keçirilib. 
 
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşəbbüs və təşkilatçılığı ilə könüllü olaraq təşkil edilib.
 
Öncə Şura üzvü Nərgiz Xələf Yel çərşənbəsi münasibətilə hər kəsi təbrik edərək görüşün mövzu və məqsədi haqqında məlumat verib. Nərgiz Xələf qeyd edib ki, bir il ərzində Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində görülən işlər uğurlu nəticələr verib.
 
Sonra Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, ölkə daxilindəki ictimai birliklərlə diaspor üzvlərinin əməkdaşlığı çərçivəsində perspektivdə orijinal layihələr həyata keçiriləcək.
 
Daha sonra diaspor üzvləri ilə videobağlantı yaradılıb. Azərbaycan-Alman Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri Azad Rəhimov, “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, İngiltərədə “Qafqaz” idman klubunun, eləcə də Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyinin rəhbəri Hafiz Baxşəliyev virtual formada tədbirə qoşularaq hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, perspektiv fəaliyyətləri haqda danışıblar.
 
Diaspor üzvləri qeyd ediblər ki, əsas məqsədləri Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi uğurunda əllərindən gələni etməkdir. Bildiriblər ki, Azərbaycandakı QHT nümayəndələrinin diaspor üzvlərinin fəaliyyətinə belə dəyər verməsi onları motivasiya edir. Konfrans zamanı virtual qonaqlara suallar verilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb. 
 
Tədbirdə QHT rəhbərləri fəaliyyətlərini genişləndirmək üçün birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin uğurları hər bir vətənpərvər azərbaycanlını sevindirir. 
 
 
 
 

Şurada xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü keçirilib Şurada xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü keçirilib Şurada xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü keçirilib Şurada xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü keçirilib Şurada xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü keçirilib

 

XƏBƏRİ PAYLAŞ