BÖLMƏLƏR

Şura yeni elektron xidmətlərin tətbiqi və qrant müsabiqələriylə bağlı qərar qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın yeni elektron xidmətlərinin tətbiqi, qrant müsabiqəsinin keçirilməsi Qaydalarına dəyişikliklər, QHT resurs və təlim mərkəzləri üçün müsabiqə elanı və səfər qrantı ilə bağlı müsabiqə elanı barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
 
Azay Quliyev cənab prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək, fəaliyyətində şəffaflıq və aşkarlıq əmsalını daha da artırmaq məqsədilə 2019-cu ildən 13 istiqamət üzrə yeni elektron xidmətin və proqramın tətbiqinin nəzərdə tutulduğunu bildirib.
 
Şura üzvləri Rufiz Qonaqov, Emin Həsənli, Anar Xəlilov, Şahin İsmayılov, Zakir Hacıyev və Sahib Məmmədov çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.Müzakirələrdən sonra gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
 
Hər iki müsabiqə elanının mətni Şuranın cssn.gov.az və qhtxeber.az saytına yerləşdiriləcək.

XƏBƏRİ PAYLAŞ