BÖLMƏLƏR

Şura QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2019-ci il birinci qrant müsabiqəsiylə bağlı məlumatlandırma sessiyası keçirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək 2019-cu il birinci qrant müsabiqəsi elanıyla bağlı ətraflı məlumat verib. İcraçı direktor müsabiqənin yeni qaydaları haqqında da danışıb.

QHT sədrləri Mətanət Əsgərqızı, Telman Qasımov, Ziba Nəbiyeva, Əkrəm Bəydəmirli, Səbinə Kərimova, Zemfira Ağayeva, Rüstəm Məlikov, Yazgül Abdıyeva, Radə Abbas, Kəmalı Muradlı və digər QHT sədrləri çıxış edərək fikirlərini bildiriblər.

Toplantıda QHT-lərin sualları cavablandırılıb.

Şura QHT-lər üçün məlumatlandırma sessiyası  təşkil edib

 

XƏBƏRİ PAYLAŞ