BÖLMƏLƏR

Bərdədə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib.
Tədbirdə Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və gördüyü işlər haqqında iştirakçılara ətraflı məlumat verib. F.Qurbanov deyib ki, cənab prezident İlham Əliyevin fərmanı ilə Şuranın yaradılması Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, QHT-lərin milli maraqlarımızın ictimai müstəvidə qorunmasındakı rolunun artırılmasıyla bağlı siyasi iradəsinin təzahürüdür.
Katibliyin icraçı direktoru deyib ki, Şuranın dəstəyilə həyata keçirilən layihələr çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, Xocalı soyqırımı və digər mövzularda Avropa universitetlərində Qarabağ guşələri yaradılıb, filmlər çəkilib, saytlar və kitablar hazırlanıb.
Şura üzvü Emin Həsənli hazırda QHT-lərin cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrildiyini və ictimai problemlərin həllində fəal rol oynadını deyib. O, Şuranın maliyyə dəstəyilə vətənpərvərliyin təbliği, qaçqın və məcburi köçkünlər, veteran və şəhid ailələri ilə bağlı həyata keçirilən layihələr haqqında danışıb.
Bərdə rayon icra hakimiyyətinin baş məsləhətçisi Fəxrəddin Əzizov Şuranın dəstəyilə QHT-lərin milli maraqlarımızın qorunması üçün göstərdiyi fəallığın təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbir iştirakçılarına Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilən kitab təqdim olunub.

Bərdədə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai  müzakirə keçirilib Bərdədə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai  müzakirə keçirilib Bərdədə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai  müzakirə keçirilib Bərdədə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai  müzakirə keçirilib

 

XƏBƏRİ PAYLAŞ