BÖLMƏLƏR

Şurada "Alternativ maliyyə resurslarının cəlb olunması” mövzusunda təlim keçirilib

Bu gün Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti, beynəlxalq ekspert Natali Burjaili Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nın Katibliyinin əməkdaşları üçün “Alternativ maliyyə resurslarının cəlb olunması” mövzusunda təlim keçib. N.Burjuali təlimdə Amerika və Avropa regionunda sosial müəssisələr və onların fəaliyyətinin müvafiq qanunvericiliyə uyğun tənzimlənməsi yolları haqqında danışıb.

Beynəlxalq ekspert bildirib ki, Azərbaycanda sosial müəssisələrin yaradılması və inkişafı üçün kifayət qədər münbit şərait mövcuddur. Yalnız bununla bağlı qanunvericiliyə müəyyən yeni əlavələr etməyə ehtiyac var. N.Burjuali fandrayzinqin bir növü olan kraudfandinqin imkanları və bu təcrübənin Azərbaycanda tətbiqi yollarını haqqında da ətraflı məlumat verib.

XƏBƏRİ PAYLAŞ