BÖLMƏLƏR

QHT-lər Qubaya səfər edərək 31 Mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT-lər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıb. Sonra 1918-ci ildə Qubada cinayətkar erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn edildiyi yerdə ucaldılmış abidə ziyarət olunub.

Muzeylə tanışlıq zamanı bildirilib ki, burada ermənilərin 1918-ci ildə Quba qəzasında soydaşlarımıza qarşı törətdiyi soyqırıma dair Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, xəritələr və çoxsaylı fotoşəkillər Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

Sonra QHT-lərin 31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə bağlı qəbul etdiyi Bəyanat oxunub.

Bəyanatda deyilir: “Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 100 il ötür. 1918-ci ilin mart ayından etibarən erməni silahlı dəstələri yalnız milli və dini mənsubiyyətinə görə on minlərlə azərbaycanlını ən qəddar və vəhşi üsullarla qətlə yetirib, həmçinin xalqımıza məxsus nadir tarixi və mədəniyyət abidələrini, ibadət ocaqlarını və qəbiristanlıqları dağıdıblar.