BÖLMƏLƏR

Şura QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsinin qalibi olan QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək layihələrin icrasının səmərəli təşkili, layihələrin başlanmasından hesabat dövrünə qədər QHT-nin riayət etməli olduğu qaydalar haqqında ətraflı məlumat verib.

F.Qurbanov geniş tərkibli toplantının QHT-nin layihədə nəzərdə tutulan məqsədə çatmasına yardım etmək, benefisiarlar qrupunun icra prosesindən effektiv şəkildə faydalanmasının təmin olunması məqsədi ilə təşkil edildiyini bildirib.