BÖLMƏLƏR

Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır.Verlişin hazırlanmasında məqsəd QHT-lərin fəaliyyətinin ictimaiyyətə daha geniş miqyasda təqdim olunmasına yardım etməkdir. 
İndiyədək 2 buraxılışı yayımlanmış “QHT Xəbər” verlişi hər həftənin ikinci günü (çərşənbə axşamı), saat 14:00-da efirdə olacaq. 
“QHT Xəbər” verlişi də qhtxəbər.az saytı və "Vətəndaş cəmiyyəti" jurnalı kimi QHT-lərin ictimai tribunasına çevriləcək. 
Verlişdə QHT sektorunda olan yeniliklər, Şuranın fəaliyyəti, QHT-lərə göstərilən xidmətlər, QHT-lərin həyata keçirdiyi müxtəlif sahələri əhatə edən layihələr, beynəlxalq əməkdaşlıq, QHT-hökumət münasibətləri və digər mövzular müzakirələr ediləcək.

XƏBƏRİ PAYLAŞ