Məhəmməd Nərimanoğlu, "Nakam talelər", sənədli publisistika, şəkilli, 58 səh.
Bu kitabça Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata
keçirilən “Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətdə təqdima-
tının keçirilməsi" layihəsi çərçivəsində nəşr edilmişdir.
Layihənin əsas məqsədi Kəlbəcər rayonundan olan 500 nəfərdən çox şəhidin xatirəsini əbədi-
ləşdirmək, onların həyat və və döyüş yoluna işıq tutmaq, onları cəmiyyətə yaxından təqdim edərək
gənclərimizin vətənpərvər ruhda böyüməsinə yardımçı olmaqdan ibarətdir. Müəllifin bu kitabı erməni
quldurlarının ağılagəlməz şər-şamata ilə törətdikləri amansız, qanlı-qadalı müharibəyə, Kəlbəcərli Şə-
hidlərin bir neçəsinə üz tutma mövsuzuna həsr olunub. Müəllif yeri gəldikcə bu hadisələrin yaranma
səbəblərinə, erməni daşnaklarının çirkin meyillərinə, iştahlarına, "arzularına", bu yolda törətdikləri ağ-
lasığmaz vəhşiliklərinə də öz münasibətini bildirmişdir. Kitabdakı hadisələr yanıqlı-zamanın, mühitin
törətdiyi dəhşətlərdən, vəhşiliklərdən, özbaşınalıqlardan, insafsızlıqlardan, amansızlıqlardan doğan
vəziyyətin dili ilə işlənib. Kitabda real hadisələr qələmə alınıb.