?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Şurada UNİCEF-lə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərliyilə görüş keçirilib.

Görüşdə qonaqlara Şura haqqında ətraflı məlumatın əksini tapdığı təqdimat nümayiş etdirilib. Şura Katibliyinin icraçı direktor Fərasət Qurbanov  Şuranın yaranma tarixi, strukturu, xidmətləri, qrant elanları, müsabiqənin həyata keçirilməsi qaydaları, idarə olunması, ekspertlər tərəfindən layihələrin qiymətləndirilməsi, qiymətləndirmə meyarları, elektron xidmətlər və digər məsələlər barədə qonaqlara geniş informasiya verib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin Şuranın fəaliyyətindən və QHT-lərə göstərilən xidmətlərdən məmnunluğunu bildirərək qarşılıqlı təcrübə mübadiləsinin faydalı ola biləcəyini qeyd edib.

Şura üzvü Nərgiz Xələf UNİCEF və Şura arasında institusional əməkdaşlığın perspektivləri barədə fikirlərini bildirərək deyib ki, gələcəkdə QHT-lər üçün birgə treninqlər də keçirilə bilər.

Görüşdə tərəfləri maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ