BÖLMƏLƏR

Turizm fəaliyyətinin ekoloji-erqonomik əsasları

Ç.G.Gülalıyev. Turizm fəaliyyətinin ekoloji-erqonomik əsasları (Dərslik). 

Bakı-"QHT Nəşriyyatı", 2017, 150 səh.

Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət 

Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətəndaş Təşəbbüsləri Mərkəzi" təfindən yata keçirilən 

"“Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritısi”nin təşviqi ilə 

bağlı rayonlarda dəyirmi masaların keçirilməsi və "Turizm fəaliyyətinin ekoloji-erqonomik əsasları"

dərsliyinin nəşri" layisi çərçisində nəşr edilmişdir.

Təqdim olunan kitabda ekologiya, erqonamika elmlərinin mahiyyəti, elmi istiqamətləri və tu-

rizm fəaliyyəti baxımından praktik əhəmiyyəti göstərilmişdir. Həmçinin kitabda təbii resurslardan is-

tifadə, turizmin digər növlərində insan sağlamlığı, iş şəraitinin rahatlığı məqsədi ilə görülən tədbir-

lərin məqsədəuyğunluğu şərh edilməklə yanaşı, mehmanxana və iş yerlərində interyerlərin, lazımi

avadanlıqların şəraitə uyğunluğunun praktik əsasları şərh edilir. Dərslikdə iş və yaşam mühitində er-

qonomik mühitin turist sənayesinin inkişafında əhəmiyyəti aydınlaşdırılır.

Təqdim edilən dərslik sadalanan məsələlərə vahid formada yanaşma baxımından maraqlı,

istiqamətverici, tövsiyə xarakterli mənbə rolunu da oynaya bilər.

Kitab tərtib edilərkən son 10-15 ildə ölkəmizdə, yaxın və uzaq xarici ölkələrdə nəşr olunmuş

müvafiq ədəbiyyat mənbələrindən və elektron materiallardan istifadə olunmuşdur.

TURİZM FƏALİYYƏTİNİN.pdf

XƏBƏRİ PAYLAŞ