Məmmədov R.F./Məmmədov X.R.
Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermə-
nistanın qanunsuz və hüquqa zidd fəaliyyəti
Bakı, "MM-S", 2017, 260 səh.
Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İcti-
mai Birliyi tərəfindən həyata keçirilən "İşğal edilmiş ərazilərimizdə Ermənistanın qanunsuz fəaliyyəti-
nin beynəlxalq hüququn prinsipləri baxımından araşdırılması" layihəsi çərçivəsində nəşr edilmişdir.
Kitabda Ermənistan Respublikasının, daha doğrusu işğalçı və cinayətkar dövlətin Azərbayca-
nın işğal olunmuş ərazilərində müasir beynəlxalq hüquqa zidd və qeyri-qanuni fəaliyyəti araşdırılır.
Kitabın yazılmasında əsas məqsəd qüvvədə olan beynəlxalq-hüquqi sənədlər əsasında Ermənistan
tərəfindən törədilmiş cinayətləri sübuta yetirməkdən və həmin sənədləri Azərbaycan xalqı və beynəl-
xalq ictimaiyyət arasında tanıtmaqdan ibarətdir. Burada Azərbaycanın işğal olunmuş ərazilərində qa-
nunsuz məskunlaşma siyasəti araşdırılır, vətənimizin işğal altında olan ərazilərində təbii sərvətlərin
qanunsuz istismar edilməsi sübuta yetirilir və göstərilir ki, bu ərazidə Ermənistan tərəfindən qanunsuz
iqtisadi fəaliyyət həyata keçirilir. Çoxsaylı faktiki sübutlarla aydın olur ki, Azərbaycanın işğal olunmuş
ərazilərində tarixi və mədəniyyət abidələri dağıdılmışdır və özgəninkiləşdirilmişdir və azəri-türk adları
qanunsuz olaraq dəyişdirilmişdir.
Müəlliflər inandırıcı dəlil və faktlarla Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə vu-
rulan ziyanı da qiymətləndirmişlər və bu cinayətkar əməllərin müasir beynəlxalq hüquqa zidd olduğu-
nu bəyan etmişlər.