BÖLMƏLƏR

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Türkmənçay sülh müqaviləsi - 190:  tarixi  həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib. Konfransda ölkəmizin, eləcə də Fransa, Rusiya, Moldova və Gürcüstanın nüfuzlu tarixçi alimləri iştirak ediblər.

Tədbirin moderatoru, "İctimaiyyətlə əlaqələrin inkişafına yardım” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənova Türkmənçay müqaviləsinin Azərbaycan xalqının həyatına təsiri haqqında danışaraq belə mühüm mövzuda konfransın keçirilməsinə dəstək verdiyinə görə Şuraya təşəkkürünü bildirib. Şəlalə Həsənova konfransda Türkmənçay müqaviləsi üzrə dəyərli tədqiqat əsərləri olan alimlərin mərzulərinin dinləniləcəyini bildirib: “Bu müqavilədən zərər görən, ən çox mənfi təsirə məruz qalan Azərbaycan xalqıdır. Bu sənədin imzalanmasıyla biz böyük ölçüdə torpaq itirsək də, bu gün haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yetərli qədər dəlil və sübutumuz, tarixi faktımız var”. Ş. Həsənova Türkmənçay müqaviləsinin müxtəlif mənbələr əsasında öyrənilməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin müxtəlif sahələr, o cümlədən tariximizlə bağlı davamlı olaraq vacib təşəbbüslərlə çıxış etdiyini və  Şuranın belə layihələri hər zaman dəstəklədiyini deyib. Fərasət Qurbanov nüfuzlu tarixçi alimlərin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi bugünkü konfransın tarixi həqiqətlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasına kömək edəcəyini bildirib.

Konfrans çərçivəsində “Türkmənçay Sülh Müqaviləsi Qafqazda erməni etnosu tarixinin başlanğıc nöqtəsi kimi”, “Türkmənçay-190: böyük qüvvələrin siyasi və iqtisadi strategiyası” və “Türkmənçay Sülh Müqaviləsi – Qafqazda albanların deetnikləşməsini şərtləndirən amil” adlı üç panel keçirilib

Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev “Türkmənçay sülh müqaviləsinin siyasi və hüquqi mahiyyəti və nəticələri”, tarix üzrə fəlsəfə doktoru, Sosial və İdarəetmə Konsaltinqi üzrə Ali Məktəbin elmi işlər üzrə prorektoru, Rusiyalı alim Oleq Kuznetsov “1828-ci ildə Türkmənçay müqaviləsinin müddəalarına uyğun olaraq, Rusiya İmperatorluğu