BÖLMƏLƏR

Şura 2018-ci il birinci qrant müsabiqəsini elan edib

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq 2018-ci il birinci qrant müsabiqəsinin mövzuları, həmçinin şərt və qaydaları barədə ətraflı məlumat verib.

Şura üzvləri İlqar Məmmədov, Nərgiz Xələf, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Emin Həsənli, Anar Xəlilov, Rufiz Qonaqov və Zakir Həsənli çıxış edərək qrant müsabiqəsinin mövzuları, qayda və şərtləri ilə bağlı təkliflərini səsləndiriblər.

İclasda Fərasət Qurbanovun 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupunun gördüyü işlərlə bağlı hesabatı dinlənilib.

Müzakirələrdən sonra Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. QHT-lər müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qht və www.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərlər.

XƏBƏRİ PAYLAŞ