BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il üzrə QHT-lər üçün 1-ci qrant müsabiqəsi elan edir.

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. Müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qht və www.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərsiniz

             Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir. Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq  aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:

 

  1. İnsan hüquqlarının, söz, ifadə və fikir azadlığının təmin edilməsi istiqamətinə dair təşəbbüslər;
  2. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
  3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;
  4. Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin problemlərinin həllinə dair təşəbbüslər;
  5. Qəhrəmanlıq tarixinin təbliği və şəhid ailələrinə dəstək təşəbbüsləri;
  6. Təhsil və mədəniyyət sahələrinin inkişafına dair təşəbbüslər;
  7. Narkomaniya, İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;
  8. İnsan alverinə qarşı mübarizəyə dair təşəbbüslər;
  9. Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair təşəbbüslər;
  10. İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;
  11. İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;
  12. Əmək münasibətlərinin rəsmiləşdirilməsi əsaslarının təbliği və qeyri-rəsmi məşğulluğun  qarşısının alınması istiqamətində təşəbbüslər;
  13. Milli ailə dəyərlərinin təbliği, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər;
  14. Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslər;
  15. Qadın və uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili;
  16. Ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər;
  17. Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyaların institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;
  18. Regionların sosial-iqtisadi inkişafına dair təşəbbüslər;
  19. İnnovativ ideyalara dair təşəbbüslər;
  20. Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə dair təşəbbüslər.

  

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.

 

Qrantın məbləği

  • 2016-cı ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on  min)manat ola bilər.
  • 2017-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdanartıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

 

Müsabiqənin proseduraları

Müsabiqə üzrə ərizə və layihələrin qəbulu 15 noyabr 2017-ci il tarixdənelektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 5 mərhələdə aparılır:

  • 1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;

Bu mərhələ 15 noyabr–15 dekabr 2017-ci il saat 16.00-dək müddəti əhatə edir.

  • 2-ci mərhələ - Ərizələrin texniki seleksiyası;

Bu mərhələ 15 noyabr-15 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir

  • 3-ci mərhələ - Layihə təkliflərinin texniki seleksiyası;

Bu mərhələ 15 noyabr-20 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan layihə təklifi, ona əlavə olunan sənədlər araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir. 

  • 4-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;

Bu dövr 21 dekabr 2017-ci il tarixdən–18 yanvar 2018-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və konfidensial qaydada qiymətləndirilir.

  • 5-ci mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2018-ci il fevral ayının 10-dan sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın internet saytında yerləşdiriləcək. Qalib təşkilatlara məlumat fərdi qaydada çatdırılır və müqavilə imzalanır.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 30 noyabr 2017-ci il saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.

Musabiqe elani 2018 1-ci musabiqe.doc

Musabiqe qaydalari 2018.doc

Musabiqe sertleri 2018.doc

Elave 1-Layihe teklifi formasi.doc

Elave 2 Icra plani.doc

Elave 3 Xercler smetasi.xls

XƏBƏRİ PAYLAŞ