BÖLMƏLƏR

Yazıçı və vətəndaş

Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi.

“Yazıçı və vətəndaş. C.Cabbarlının həyat və yaradıcılığının bir sıra mühüm məqamları”.

QHT nəşriyyatı, Bakı, 2016, 16 səh.

Bu kitabça Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət

Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müasir cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması, maarifçiliyin inkişaf etdirilməsi. Azərbaycanın klassik və müasir ədəbiyyat xadimlərinin yaradıcılığının təbliği” layihəsi çərçivəsində nəşr edilmişdir.

Kitabçada oxucular böyük yazıçı və dramaturq Cəfər Cabbarlının həyatının önəmli məqamla-

rı, eləcə də yaradıcılığının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sıra ziddiyyətli, tarixi anları ilə tanış olacaqlar. Xüsusən Sovet dönəmində ədibin oxuculara yasaq olunmuş istiqlal yaradıcılığı və həyatının gizli saxlanan qaranlıq səhifələri (siyasi fəaliyyəti, milli-müqavimət hərəkatındakı yeri və rolu, həbsləri) haqqında maraqlı məlumatlar əldə edəcəklər.

Kitabda filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin C.Cabbarlının həyat və yaradı-

cılığına həsr olunan “Cəfər Cabbarlı: həyatı və mühiti” adlı dəyərli tədqiqat əsərindən istifadə olunmuşdur.

XƏBƏRİ PAYLAŞ