BÖLMƏLƏR

Şura Şirvanda QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  27 sentyabr 2017-ci ildə Şirvan şəhərində Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Masallı və Lənkəranda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib.Toplantıda çıxış edən Şirvan şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov QHT-lərin vətəndaş təşəbbüskarlığının və cəmiyyətin ümumi inkişafında oynadığı roldan danışaraq bu istiqamətdə əldə olunan uğurların davamlı şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, səmərəliliyinin artmasında dövlətin maraqlı olduğunu, bunun üçün hərtərəfli münbit şəraitin yaradıldığını qeyd edib. Bildirilib ki, son on ildə QHT-dövlət əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb. Ölkə başçısının bu istiqamətdə apardığı siyasət Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunu xeyli sürətləndirib, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, müxtəlif profilli təşkilatların yaranmasına və s. əlverişli zəmin yaradıb.