BÖLMƏLƏR

Ana yurdum, Qarabağ!

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi. "Ana yurdum, Qarabağ". "QHT nəşriyyatı",

Bakı, 2016, 64 səh.

Bu kitab  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət

Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən hə-

yata keçirilən  "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və in-

kişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili" layihəsi çərçivəsində nəşr edilmişdir.

Uşaq və yeniyetmələrin yaradıcı təfəkkürlərini zərərli yabançı təsirlərdən, antimilli, liberal,

seyrci mövqedən təmizləmək, milli-mənəvi dəyərlərə, tarixi kimlik düşüncəsinə, müstəqil dövlət-

çilik məfkurəsinə, Qarabağ həqiqətlərinə, itirilmiş torpaqların geri qaytarılması mücadiləsinə ha-

zırlamaq üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Ulu öndər Hey-

dər Əliyevin müəyyənləşdirdiyi milli və humanitar siyasət strategiyası, eləcə də həmin siyasi kur-

sun ləyaqətli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı uğurlu siyasi-ide-

oloji fəaliyyət də uşaq və yeniyetmələrin, xüsusən də yaradıcı istedada malik yeni nəslin üzgün is-

tiqamətdə inkişaf etdirilməsi məsələsini daim diqqət önündə saxlayır.

Layihə çərçivəsində hazırlanmış kitab Qarabağa həsr olunmuş yazı müsabiqələrində yer

tutmuş məcburi köçkün uşaqlarının yazıları əsasında Azərbaycan və ingilis dillərində nəşr edilib-

dir. Məqsəd öz doğma torpaqlarından məcburi köçkün düşmüş uşaqların öz haqq səslərini dün-

ya birliyinə çatdırılmasıdır.

XƏBƏRİ PAYLAŞ