BÖLMƏLƏR

Şura 2017-ci il ikinci rübdəki fəaliyyətinə yekun vurub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası açan Şuranın sədr müavini Vüsal Quliyev gündəliyə təklif olunan Şuranın cari ilin ikinci rübündəki fəaliyyəti, Şuranın Apellyasiya komissiyasının sonuncu iclasının nəticələri və Şuraya təqdim olunan müsabiqədənkənar layihələrlə bağlı məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci ilin ikinci rübündə görülən işlər və Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib.Şuranın Apelyasiya komissiyasının üzvü Nərgiz Eyvazova Komissiyanın 14 iyul 2017-ci ildə keçirdiyi iclası haqqında ətraflı məlumat verib. İclasda Şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 23 QHT-nin müraciətinə baxıldığı bildirilib. 2 QHT-nin nümayəndəsi Apellyasiya komissiyasının iclasında iştirak etməyib. 14 QHT-nin layihəsi haqqında Şuranın qərarı məqbul hesab olunub. Komissiya Şuraya 9 QHT-nin layihəsinə yenidən baxılmasını tövsiyə edib. Şura müvafiq təkmilləşdirmələr və layihə sənədlərindəki qüsurların aradan qaldırılması şərti ilə 9 QHT-nin (Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi, “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi, Ailə və Ətraf Mühit İctimai Birliyi, "Qidalanma və Sağlamlıq" Nutrisioloqlar İctimai Birliyinin hər birinə 7000 manat, Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası İctimai Birliyi, "İqtisadi inkişafa və aqrar layihələrə dəstək" İctimai Birliyi, "Sosial Dayaq" İctimai Birliyi, “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi və "Kitab Yayımı İşinin İnkişafına Dəstək" İctimai Birliyinin hər birinə 6000 manat) layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.Şura üzvləri Vüsal Quliyev, Nərgiz Eyvazova, Rufiz Qonaqov, Əliməmməd Nuriyev, Emin Həsənli və Anar Xəlilov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

XƏBƏRİ PAYLAŞ