BÖLMƏLƏR

Şurada Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndə heyəti ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində Komitənin Latviya üzrə üzvü, məsləhətçi Reinis Aboltins,Vyana Universitetinin Linqvistika kafedrasının tədqiqatçısı və komitənin Avstriya üzrə üzvü Briqitta Buş, Lyublyana Universitetinin Sosial Elmlər kafedrasının professor köməkçisi və komitənin Sloveniya üzrə üzvü Petra Roter təmsil olunurdular. 


Görüşdə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara Şuranın yaradılması, Şura tərəfindən dəstəklənən layihə və istiqamətlər, eləcə də Azərbaycanda milli azlıqların vəziyyəti haqqında məlumat ətraflı məlumat verib. İcraçı direktor bildirmişdir ki, Azərbaycanda milli və dini azlıqlar da daxil olmaqla bütün vətəndaşlar bərabərhüquqluluq, sülh və mehribanlıq prinsipləri əsasında yaşayır. Milli və dini azlıqların bütün hüquqları qorunması ilə bağlı qanunvericilikdə çoxsaylı müddəalar var. Görüş çərçivəsində qonaqların Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyət istiqamətləri, Azərbaycanda milli azlıqların ictimai vəziyyəti, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, onların həyata keçirdiyi layihələr haqqında sualları cavablandırılıb.

XƏBƏRİ PAYLAŞ