BÖLMƏLƏR

Şurada “Səhiyyə, sağlamlıq və ekologiya

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında  əsasən səhiyyə, sağlamlıq və ekologiya sahəsi üzrə fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib. Görüş Şuraya “səhiyyə, sağlamlıq və ekologiya" qrupundan üzv seçilən Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun təşəbbüsü ilə təşkil olunub.Şura Katibliyinin icraçı direktoru  Fərasət Qurbanov 2017-ci il birinci və ikinci qrant müsabiqələrinin qalibləri olan QHT-lərin üzərinə düşən öhdəliklər haqqında danışaraq layihələrin icra prosesində əsas hədəfin qarşıya qoyulan problemin səmərəli həlli və ölçüləbilən nəticənin əldə edilməsi olduğunu deyib. İcraçı direktor həyata keçirilən  layihələrin nəticəsi haqqında ictimaiyyətin daha geniş şəkildə məlumatlandırılması üçün QHT-lərin media ilə yaxından əməkdaşlıq etməsinin vacibliyinin qeyd edib. Layihələrin, həmçinin maliyyə və təsviri hesabatların elektron qaydada qəbulunun həyata keçirilməsi ilə bağlı görülən işlər haqqında da məlumat verən Fərasət Qurbanov göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün bundan sonra da fəaliyyətin davam etdiriləcəyini bildirib.Şura üzvü Anar Xəlilov görüşün Şuranın dəstəyi ilə layihə icra edən QHT-lərin qarşılaşdıqları məsələlərlə bağlı müzakirələr aparmaq məqsədi ilə keçirildiyini deyib. Anar Xəlilov Şuranın bütün müsabiqələrdə səhiyyə, sağlamlıq və ekologiya məsələləri istiqaməti üzrə cəmiyyətimiz üçün aktuallıq kəsb edən  layihələri dəstəklədiyini vurğulayıb.Toplantıda iştirak edən Ekoloji Tarazlığın Qorunması İctimi Birliyi, “Rüzgar” Ekoloji İctimai Birliyi, Gənclik və Maarifçilik İctimai Birliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi, Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti, “Etimad” Uşaq və gənclərə psixoloji dayaq İctimai Birliyi, Gender Bərabərliyi İctimai Birliyi və digər QHT-lərin təmsilçiləri layihələrin icrası zamanı və hesabat dövründə Şura Katibliyinin əməkdaşlarının onlara yaxından köməklik göstərdiyini bildiriblər. QHT nümayəndələri həmçinin mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Toplantının sonunda QHT rəhbərlərinin sualları cavablandırılıb.

XƏBƏRİ PAYLAŞ