BÖLMƏLƏR

Şura üzvü Sahib Məmmədov QHT-lərlə görüş keçirib

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına “İnsan hüquqları və demokratiya” qrupundan üzv seçilən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun QHT-lərlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci ilin birinci qrant müsabiqəsində qalib gələn QHT layihələrinin effektivliyinin, layihələrin icrasında peşəkarlığın artırılması, uğurlu nəticələrin əldə olunması üçün Şura üzvlərinin seçildikləri qrupların istiqamətləri üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərinin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.Şura üzvü Sahib Məmmədov Şuranın hər il insan hüquqları və demokratiya istiqaməti üzrə fəaliyyət göstərən onlarla QHT-nin layihəsinin maliyyələşdirdiyini bildiribS. Məmmədov həmçinin qeyd edib ki, Şura Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq QHT-lərə yalnız maliyyə yardımı göstərmir, həmçinin onlara metodiki, konsultativ və digər formalarda dövlət dəstəyini həyata keçirir. Şuranın fəaliyyətində yarım il ərzində 2 mühüm yeniliyin olduğunu qeyd edən Şura üzvü “Qaynar xətt” xidmətinin yaradılmasından və Apellyasiya Komissiyasının fəaliyyətindən söz açıb. QHT-lərin öz təklif və şikayətlərini asanlıqla Şuraya çatdıra bilmələri üçün “Qaynar xətt” xidmətinin yaradıldığını qeyd edən Şura üzvü qaynar xəttə daxil olan hər bir müraciətə operativ baxılıb, lazımi tədbirlər görüldüyünü qeyd edib.
Şura üzvü Apellyasiya Komissiyasının bu ildən etibarən daimi işçi orqana çevrildiyini də vurğulayıb. Belə ki, QHT-lər layihə nəticələrindən etirazlarını bildirməklə yanaşı, layihələrin təqdim edilmə, texniki seleksiya ilə bağlı müraciətlərini də Apellyasiya Komissiyasına təqdim edə biləcəklər. Apellyasiya Komissiyasına ünvanlanan müraciətlərin tam elektron olaraq qəbul olunması üçün tezliklə texniki işin yekunlaşacağı və QHT-lərin www.e-qht.az saytı üzərindən apellyasiya bölməsi vasitəsilə müraciətlərini ünvanlaya biləcəkləri qeyd olunub. QHT rəhbərləri Zemfira Ağayeva, Mehriban Zeynalova, Mirvari Qəhrəmanlı, Davud Rəhimli, Niyaməddin Orduxanlı, Ziba Nəbiyeva, Nailə İsmayılova, Məhluqə Rəhimova, Radə Abbas çıxış edərək icra etdikləri layihələr haqqında fikirlərini səsləndiriblər.

XƏBƏRİ PAYLAŞ