BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il üzrə QHT-lər üçün 2-ci qrant müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2012-ci il üçün 

 

QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə

 ELAN EDİR

 

            Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

 

            Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, ictimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar televiziya və radio verilişlərinin hazırlanması, ictimai müzakirələrin və debatların təşkil edilməsi mövzusunda olan  layihələrə üstünlük verəcəkdir.

 

            Müsabiqənin ümumi fondu 150.000,0 (Bir yüz əlli min) manat təşkil edir. Bir layihənin maksimum dəyəri 6000 (Altı min) manata qədər müəyyən edilmişdir.

 

            Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:

·        Siyasi fəaliyyət

·        Dini fəaliyyət

·        Ayrı-ayrı fərdlərə maddi yardım

·        Təhsil üçün təqaüdlər

 

            Ərizələr 02 iyul 2012-ci il tarixdən həftənin  I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.

            Ərizələrin qəbulu üçün son tarix:  27 iyul 2012-ci il saat 13.00

 

            Ünvan: AZ 1000, Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1.

            Ərizə və ona əlavə olunan sənədlər yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (elektron daşıyıcılarda: CD diskdə və ya USB-də, Times New Roman şriftində) hazırlanmalı  və Şuranın Katibliyinə təqdim edilməlidir.

 

            Əlavə 1: Ərizə forması

            Əlavə 2: Layihə təklifi forması

            Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat

 

            Müsabiqənin nəticələri 2012-ci il sentyabr ayının 01-dən sonra elan olunacaq.

            Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 13 iyul 2012-ci ildə saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov küçəsi 1) keçiriləcək.

            Qeyd: Ərizənin elektron formasını, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.azwww.qhtxeber.az internet saytlarından tanış olmaq olar.

            Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinə müraciət etmək olar. 

            Tel /faks: (012) 493 17 80, 493 17 32.

            E-mail: vguliyev@cssn.gov.az

Elave 1 Erize formasi.doc

Elave 2 Layihe teklifi formasi.doc

Elave 3 Layihə büdcəsinin hazirlanmasina dair telimat.xls

Musabiqe qaydalari.doc

Musabiqe shertleri.doc

XƏBƏRİ PAYLAŞ