BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il üzrə QHT-lər üçün 1-ci qrant müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2012-ci il üçün 

 

QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə

 ELAN EDİR

 

            Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

 

            Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:

 

N

Müsabiqənin istiqamətləri

1 layihənin maksimum məbləği

Müsabiqənin ümumi fondu

1.  

İnsan hüquqları və demokratiya məsələlərinə dair təşəbbüslər

     10.000,0   

      100.000,0   

2.  

Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili

     10.000,0   

        110.000,0   

3.  

Təhsil və mədəniyyətin inkişafına ictimai dəstək

10.000,0

90.000,0

4.  

“Eurovision-2012” mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstək

     10.000,0   

      80.000,0   

5.  

Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində təşəbbüslər

     10.000,0   

        90.000,0   

6.  

Qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə ictimai dəstək

     10.000,0   

        90.000,0   

7.  

Korrupsiya, insan alveri, narkomaniya və terrorizmlə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək

     10.000,0   

100.000,0   

8.  

Region QHT-lərinin təşəbbüslərinə dəstək

10.000,0

240.000,0

9.  

Sosial problemlərin həllinə ictimai dəstək

10.000,0

100.000,0

10.       

Müharibədən zərər çəkənlərin sosial problemlərinin həllinə dəstək

10.000.0

100.000,0

 

CƏMİ

 

1.100.000

 

Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:

·         Siyasi fəaliyyət

·         Dini fəaliyyət

·         Ayrı-ayrı fərdlərə maddi yardım

·         Təhsil üçün təqaüdlər

 

Ərizələr 09 dekabr 2011-ci il tarixdən həftənin  I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.

 

 

Ərizələrin qəbulu üçün son tarix:  30 dekabr 2011-ci il saat 13.00

 

Ünvan: AZ 1000, Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1.

Ərizə və ona əlavə olunan sənədlər yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (elektron daşıyıcılarda: CD diskdə və ya USB-də, Times New Roman şriftində) hazırlanmalı  və Şuranın Katibliyinə təqdim edilməlidir.

 

Əlavə 1: Ərizə forması

Əlavə 2: Layihə təklifi forması

Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat

 

Müsabiqənin nəticələri 2012-ci ilin martın 01-dən sonra elan olunacaq.

 

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 15 dekabr 2011-ci ildə saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr.23-A) keçiriləcək.

Qeyd: Ərizənin elektron formasını, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az www.qhtxeber.az internet saytlarından tanış olmaq olar.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinə müraciət etmək olar.  

Tel /faks: (012) 493 17 80, 493 17 32.

E-mail: vguliyev@cssn.gov.az

Elave 1 Erize formasi.doc

Elave 2 Layihe teklifi formasi.doc

Elave 3 Layihə büdcəsinin hazirlanmasina dair telimat.xls

Musabiqe qaydalari.doc

Musabiqe shertleri.doc

Musabiqenin elani 2012.doc

XƏBƏRİ PAYLAŞ