Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
2013-cü il üçün
Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə
ELAN EDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:
Müsabiqə siyasi və dini fəaliyyət, ayri-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdlə bağlı müraciətləri dəstəkləmir.
Ərizələr 03 dekabr 2012-ci il tarixdən həftənin I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur.
Ərizə şəxsən təqdim edilməli və ya müsabiqə şərtlərinə uyğun şəkildə poçtla göndərilməlidir. Ərizələrin qəbulu üçün son tarix: 28 dekabr 2012-ci il saat 13.00