?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü il üzrə QHT-lər üçün 2-ci qrant müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə

 ELAN EDİR

            Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

            Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq  aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:

1.      2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi

2.      Mənəvi və əxlaqi dəyərlərin təbliği

3.      İctimai və sosial sahədə  innovativ təşəbbüslərin dəstəklənməsi

Bir layihə üçün maksimum məbləğ 10 min manatadək ola bilər.

Müsabiqə üzrə ərizələrin qəbulu 13 mart 2014-cü il tarixdən 11 aprel 2014-cü il tarixədək elektron qaydada həyata keçirilir.

Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.  

Müsabiqə qalibləri 2014-cü il mayın 15-dən sonra elan olunacaq

Elave 1 Erize formasi.doc

Elave 2 Layihe teklifi formasi.doc

Musabiqe qaydalari 2014 (2).doc

Musabiqe shertleri 2014 (2).doc

Musabiqenin elani 2014 (2).doc

XƏBƏRİ PAYLAŞ