?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Şurada “Ailə, qadın və uşaq məsələləri” qrupuna aid QHT-lərin şəhidlərin valideynləri ilə görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında “Ailə, qadın və uşaq məsələləri” qrupuna aid QHT-lərin şəhidlərin valideynləri ilə görüşü keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçən şəhidlərin ruhu sayğı duruşu ilə yad edilib.Şura üzvü Nərgiz Xələf şəhidlərimizin ruhları qarşısında baş əydiyini, onların  Azərbaycanın müstəqil ölkə kimi mövcudluğunun başlıca səbəbkarlarından olduğunu deyib. Şura üzvü bütün şəhidlərimizin, o cümlədən də aprel şəhidlərinin vətəndaşlarımızın qürur yeri olduğunu qeyd edərək onlara göstərilən dövlət qayğısından danışıb. N. Xələf cənab prezident İlham Əliyevin şəhid ailələrinin və Qarabağ qazilərinin ehtiyaclarının qarşılanması istiqamətində atdığı addımlardan, ön cəbhəyə etdiyi müntəzəm səfərlərdən  danışaraq QHT-lərin də bu məsələ ilə bağlı üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.Şura üzvü Emin Həsənli milli ordumuzun döyüş əhval-ruhiyyəsinin, maddi-texniki təminatının gücləndirilməsi sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Aprel döyüşlərinin müasir tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edən Emin Həsənli məhz bu tarixdən sonra Ermənistan hakimiyyətində ciddi parçalanmaların baş verdiyini və ölkə daxilində ziddiyətlərin artdığını vurğulayıb. E. Həsənli aprel döyüşlərindən sonra Ermənistanda cinayətkar rejimin bir çox generalları vəzifəsindən kənarlaşdırılmasıın da silahlı qüvvələrimizin ön cəbhədə qazandığı zəfərin nəticəsi olduğunu deyib.