BÖLMƏLƏR

Azay Quliyev MQF-nin rəhbər orqanlarının nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Milli Qeyri-Hökumət Təşkilatlatları Forumunun seçkili orqanlarının, mərkəz rəhbərlərinin və müşavilərinin iştirakı ilə görüş keçirilib.Şura sədri, Milli Məclisin deputatı MQF-nin Azərbaycanda QHT sektorunu inkişafında oynadığı roldan danışıb və onun ictimai təşkilatların uğurlu əməkdaşlıq platforması olduğunu qeyd edib.MQF-nin prezidenti Rauf Zeyni Forumun ötən ilin dekabrında keçirilən sonuncu qurultayından sonra qurumun yeni rəhbər orqanlarının formalaşdırıldığını bildirib və onların fəaliyyət dairəsi haqqında ətraflı məlumat verib. Rauf Zeyni MQF-nin 15 İdarə Heyəti, 5 Nəzarət-Təftiş Komissiyası üzvünün, 26 mərkəzinin, 6 vitse-prezidentinin və 10 müşavirinin olduğunu deyib.İlqar İlkin, İradə Rizazadə, Aydın xan Əbilov, Sevil Yusifova, Davud Rəhimov, Solmaz Əliyeva, Şəlalə Həsənova, Sahib Fərzəliyev və digər şəxslər çıxış edərək MQF-nin strukturlarının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin aktual mövzularının müzakirələrinin təşkili, ictimai əhəmiyyətli problemlərin həlli bağlı təşəbbüslərin artırılması, QHT-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.Şura sədri Azay Quliyev MQF üzvlərinin seleksiyasının aparılması, ictimai aktuallıq kəsb edən ölkə əhəmiyyətli məsələlərlə bağlı dinləmələrin keçirilməsi, ictimai problemlərin həlli mexanizmlərinin müəyyən olunması, layihə hazırlığı üzrə peşəkarlığın artırılması istiqamətləri üzrə MQF-nin qısa müddət ərzində konkret addımlar atmasının vacib olduğunu vurğulayıb.

XƏBƏRİ PAYLAŞ