?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Şura Katibliyinin 2017-cı ilin I rübündəki fəaliyyəti ilə bağlı qərarlar qəbul edilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2017-ci ilin birinci rübündəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib.Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında fikirlərini bildirib. Azay Quliyev hər rüb keçirilən bu iclasların məqsədinin Katibliyin həyata keçirdiyi işlər haqqında hesabatları dinləmək, ortaya çıxan problemlərin həlli ilə bağlı çevik və effektiv qərarlar qəbul etmək və gələcək fəaliyyətin planlaşdırılması olduğunu deyib.Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Katibliyin 2017-ci ilin birinci rübündəki fəaliyyətinin yekunları ilə bağlı ətraflı məruzə ilə çıxış edib. Fərasət Qurbanov Şuranın elektron xidmətlərinin, proqram təminatının təkmilləşdirilməsi, Şura üzvlərinin QHT-lərlə görüşlərinin təşkili, Katibliyin bölmələrinin iş planlarının hazırlanması, QHT layihələrinin daha praktik və cəmiyyət üçün aktual olan məcraya yönləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb. İcraçı direktor həmçinin qarşıya çıxan problemlər, onların həlli üçün atılan addımlar və irəli sürülən təkliflərlə də bağlı məlumat verib.Müşavirədə Şuranın baş mühasibi Emin Məmmədovun, beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədlinin, layihələrin icrasına nəzarət və proqram bölməsinin rəhbəri Xanım Cəbrayılovanın, daxili nəzarət və qiymətləndirmə üzrə əlaqələndirici Nədimə Rəhimlinin, mətbuat və ictimaiyyətlə əlaqələr bölmələrinin rəhbəri Elməddin Behbudun  məruzələri dinlənilib.İclasda Şuranın Bakı Resur və Təlim Mərkəzinin işinin gücləndirilməsi, təlim ehtiyaclarının müəyyənləşdirilməsi, hesabat formalarının təkmilləşdirilməsi, Şuranın dəstəyi ilə hazırlanmış fim, sosialçarx və kitabların sərgisinin keçirilməsi, göstərilən xidmətlərdən elektron istifadə imkanlarının öyrənilməsi və tətbiqi, Şuranın dəstəyi çərçivəsində yaradılan elektron resursların monitorinqi, Şuranın məlumat toplusunun yenilənməsi, metodik vəsaitlərin və analtik məqalələrin çapı ilə bağlı qərarlar qəbul edilib.

XƏBƏRİ PAYLAŞ